DİN müəllimin tələbələrə əxlaqsız təklifi ilə bağlı görüntüləri araşdırır

   DİN müəllimin tələbələrə əxlaqsız təklifi ilə bağlı görüntüləri araşdırır
  03 May 2022    Oxunub:2479
Bu gün sosial şəbəkələrdə Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı məlumat yayılıb. AzVision.az xəbər verir ki, yayılan iddialara Daxili İşlər Nazirliyi (DİN) münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev deyib ki, nazirlik bununla bağlı yayılan görüntülərdən məlumatlıdır.

Onun sözlərinə görə, iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq.

Elşad Rəhimov isə APA-ya açıqlamasında bildirib ki, yayılan video əslində 1 il əvvəl çəkilib və tələbələrlə heç bir əlaqəsi yoxdur: “Yayılmış görüntülərlə bağlı onu deyə bilərəm ki, ki, 2021-ci ildə “Facebook”da “Messenger”imə müəyyən videolar gəlirdi. İstər-istəməz telefona gələn linkləri açıb baxırıq. Mən həmin videolara baxan kimi bağlayırdım”.

Elşad Rəhimov qeyd edib ki, tələbələrə qiymət yazmaq üçün əxlaqsız təkliflər etməsinə dair yayılan məlumatlar yalandır və məlum video tələbələr tərəfindən yayılmayıb: “Mən artıq 5-6 ildir ki, universitetdə müəllim kimi fəaliyyət göstərirəm. Mənim tələbələrlə yalnız müəllim münasibətim var”.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti