Naqil oğurlayan zaman "tok" vurub öldürdü

Naqil oğurlayan zaman "tok" vurub öldürdü
  02 May 2022    Oxunub:771
Daxili İşlər Nazirliyi Tovuzda baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun AzVision.az -a verdiyi məlumata görə, Əyyublu kənd sakini 1988-ci il təvəllüdlü Yasin İbrahimov dostları ilə kənd ərazisindəki artezian quyularının birində elektrik paylayıcısından naqil kəsmək istəyən zaman onu cərəyan vurub.

Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı artıq iki nəfər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hazırda onların digər cinayət işlərinin olub-olması araşdırılır.

AzVision.az



Teqlər: Naqil  





Xəbər lenti