Keçmiş məhkum silahla tutuldu

Keçmiş məhkum silahla tutuldu
  02 May 2022    Oxunub:1455
Bərdə sakinindən qanunsuz silah-sursat aşkar edilib.
DİN-in mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu dəmir yolu stansiyası ərazisində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş C.Məmmədov saxlanılıb.

Baxış zamanı ondan tapança, 78 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: Məhkum  





Xəbər lenti