Laçında fəhlə minaya düşüb

   Laçında fəhlə minaya düşüb
  29 Aprel 2022    Oxunub:978
Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Laçın rayon prokurorluğundan AzVision.az -a verilən xəbərə görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.


AzVision.az



Teqlər: Laçın  





Xəbər lenti