"Azərsun Sənaye Parkı”nda yanğın başlayıb - VİDEO

   "Azərsun Sənaye Parkı”nda yanğın başlayıb -  VİDEO
  28 Aprel 2022    Oxunub:1660
"Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.

Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.



Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti