Azərbaycanlıların istismara məruz qaldığı ölkələr - SİYAHI

   Azərbaycanlıların istismara məruz qaldığı ölkələr -    SİYAHI
  28 Aprel 2022    Oxunub:1455
Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub. AzVision.az -ın xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Qurbanlardan 74-ü Türkiyə, 12-si Rusiya, 7-si İran, 1-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i isə Azərbaycanda istismara məruz qalıb. Qeyd edək ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.

AzVision.az



Teqlər: İstismar  





Xəbər lenti