Norveç neft və qaz hasilatını artıracaq

Norveç neft və qaz hasilatını artıracaq
  27 Aprel 2022    Oxunub:904
Norveç aprelin 27-dən Rusiyanın Bolqarıstan və Polşaya yanacaq tədarükünü dayandırdığına görə karbohidrogen hasilatının həcmini artıracaq.
AzVision.az xəbər verir ki, bu barədə “NRK.no” televiziya şirkəti Norveçin maliyyə naziri Tryuqve Slaqsvoll Veduma istinadən məlumat yayıb. Onun sözlərinə görə, Norveç nefti və qazı Avropada sabitliyə ən mühüm töhfədir. Nazir bildirib ki, neft və qaz hasilatının yüksək templərini saxlamaq vacibdir.

Neft və qaz sənayesi krallığın büdcəsinin əsas gəlir mənbəyidir. Şimal dənizində təbii qaz hasilatının həcmi Avropa bazarının bu enerji daşıyıcısına olan tələbatının 16%-ni ödəyə bilir.


AzVision.az



Teqlər: Norveç  





Xəbər lenti