Sinif yoldaşı incitdi, 8 yaşlı məktəbli intihar etdi

  Sinif yoldaşı incitdi,    8 yaşlı məktəbli intihar etdi
  27 Aprel 2022    Oxunub:778
Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəbli intihar edib.
İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, 8 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

R.N-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və 8 yaşlı övladının özünü asdığını görüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)

AzVision.az



Teqlər:





Xəbər lenti