Kanalda 11 gün əvvəl batan şəxsin meyiti tapıldı

Kanalda 11 gün əvvəl batan şəxsin meyiti tapıldı
  27 Aprel 2022    Oxunub:816
Yuxarı Qarabağ Su kanalında batan şəxsin meyiti tapılıb.
AzVision.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, 16.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılzadə Sərxan Rizvan oğlunun axtarışları başa çatıb.

S.İsmayılzadənin meyiti kanalın Yevlax şəhəri, Malbinəsi kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 20 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti