Avropanın qaz bazarı iki il ərzində sabitləşəcək

Avropanın qaz bazarı iki il ərzində sabitləşəcək
  27 Aprel 2022    Oxunub:819
“Polşa hökuməti hesab edir ki, Rusiyadan tədarükdən imtina etdikdən sonra qaz bazarının sabitləşməsi təxminən iki il çəkəcək”.
AzVision.az xəbər verir ki, bunu Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Pyotr Naimski mətbuat konfransında bildirib. Naimski bildirib ki, bu dövrdə bazarda müəyyən çətinliklər gözləmək olar: “Biz bu təlaşların nə qədər güclü olacağını indi müəyyən etmək iqtidarında deyilik. Şəraitdən asılı olaraq reaksiya verməli olacağıq”.

Qeyd edək ki, “Qazprom” Rusiya qazının Polşa və Bolqarıstana nəqlini tamamilə dayandırıb. Buna səbəb Rusiya Federasiyasından idxal edilən qazın dəyərini rublla ödəməkdən imtina etmələridir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Polşa   Qaz  





Xəbər lenti