Nərimanovda avtomobil ana və 8 aylıq körpəsini vurub

Nərimanovda avtomobil ana və 8 aylıq körpəsini vurub
  26 Aprel 2022    Oxunub:1074
Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AzVision.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Sadıqova Günay Əsgər qızı və onun 8 aylıq körpəsini vurub.

Ağır xəsarətlər alan yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı G.Sadıqovaya sağ baldır sümüklərinin yerdəyişən sınığı, körpəyə isə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti