18 yaşlı qız sevgilisi ilə mübahisə edib sirkə içdi

18 yaşlı qız sevgilisi ilə mübahisə edib sirkə içdi
  26 Aprel 2022    Oxunub:1076
Ağdaşda 18 yaşlı qız sevdiyi oğlanla mübahisə etdiyi üçün intihara cəhd edib. AzVision.az "Qafqazinfoya" istinadən xəbər verir ki, hadisə aprelin 20-də baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü qız zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

İlkin araşdırma zamanı məlum olub ki, o, əsəbiləşərək sirkə içib. Onun sevdiyi oğlanla mübahisə etdiyi üçün bu addımı atdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti