DİN-in qarşısında insident - Polis xəsarət alıb

   DİN-in qarşısında insident -   Polis xəsarət alıb
  26 Aprel 2022    Oxunub:1702
Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub:
"Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb. Həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar. Onun evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil".

AzVision.az



Teqlər:





Xəbər lenti