"Təhsil ucuzdursa, demək onun keyfiyyətindən danışa bilmərik"

   "Təhsil ucuzdursa, demək onun keyfiyyətindən danışa bilmərik"
  26 Aprel 2022    Oxunub:1316
Təhsil insanın gəlirindən asılı olmayaraq əlçatan olmalıdır. Təhsil ucuzdursa, demək keyfiyyətindən danışa bilmərik.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ASAN Radionun “QəbuldASAN” verilişində deyib.

O bildirib ki, təhsilə qoyulan investisiya dünyanın heç yerində yoxdur. "Kefiyyətli təhsil ucuz deyil. Təhsil baha olmalıdır deyəndə, o demək deyil ki, vətəndaş onu ödəməlidir. İstənilən təhsil investisiyadır, xərc deyil. Nə qədər az ödəsəniz, investisiyadan geri ödəniş az olacaq. Ucuz təhsil aşağı maaş alan müəllim, bu isə istedadsız şəxs və istedadsız şagird deməkdir".

Aytən Zəhra
AzVision.az



Teqlər: Təhsil  





Xəbər lenti