DİN-in qarşısında özünü yandırdı

   DİN-in qarşısında  özünü yandırdı
  26 Aprel 2022    Oxunub:1446
Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub.
AzVision.az -ın xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafa olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb: “Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib”.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti