Polad Bülbüloğlu Bakıda qəza törədib?

   Polad Bülbüloğlu Bakıda qəza törədib?
  25 Aprel 2022    Oxunub:1053
“Mənim Bakıda avtomobil qəzası törətməyim barədə məlumatın heç bir əsası yoxdur”.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu idarə etdiyi BMW markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşını vurması barədə xəbərlərlə bağlı deyib. Diplomat bildirib ki, Xəqani küçəsində hərəkətdə olarkən “Mercedes”in sürücüsü onun maşının vurulduğunu iddia edib:

“Mən də onun maşınına yaxınlaşdım, bildirdim ki, hansı hissədən vurduğumu, toxunmanın izlərini, maşına dəyən ziyanı göstərsin. Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”.

AzVision.az



Teqlər: Səfir   Qəza  





Xəbər lenti