Slovakiyanın Rusiya qazına tələbatı artıb

Slovakiyanın Rusiya qazına tələbatı artıb
  25 Aprel 2022    Oxunub:723
“Ukraynadan tranzitlə Rusiya qazının Slovakiyaya tədarükünə tələbat artıb”.
AzVision.az xəbər verir ki, bu barədə “TASS”a Slovakiyanın “Eustream” qaz ötürmə operatorunun direktorluğundan məlumat verilib.

Qeyd olunub ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitlə Slovakiyaya tədarükü üçün müraciət bazar günü 35 953 413 kubmetr, şənbə günü 31 638 934 kubmetr, bu gün 51 425 377 kubmetr təşkil edib. Rusiya Slovakiyanın təbii qaza olan tələbatının 85-87%-ni təmin edir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti