Zəfər Qatarının növbəti stansiyası – ANİMASİYA

// Zəngəzur - yeni dövrün simvoludur

 Zəfər Qatarının növbəti stansiyası –  ANİMASİYA
  25 Aprel 2022    Oxunub:3193
Vətən Müharibəsi ilə başlayan proses getdikcə sürət yığan bir qatara bənzəyir. O irəlilədikcə çatdığı yerlərə özü ilə sülh, sabitlik, quruculuq, rifah gətirir.
Hələ ki həmin qatarın üz tutduğu ünvan Ağbənd stansiyasıdır. Ardınca Zəfər Qatarı Zəngəzur Dəhlizinə yönələcək. Bu Zəfər Qatarını heç bir qüvvə dayandıra bilməz. Zəfərlə başlayan yeni dövrün simvoludur Zəngəzur!

Strateji Kommunikasiyalar Mərkəzinin hazırladığı animasiya bu böyük ideyanı əks etdirir. Əsas olan yoldur, hara varmaq istədiyini bilməkdir. Qalanı zaman məsləsidir. Biz isə yolumuzu bilirik: Mənzilimiz öncə Zəngəzurdur, sonra isə Azərbaycan nəfəsi üçün darıxan bütün tarixi torpaqlarımız!




Teqlər: Zəngəzur  





Xəbər lenti