"Məzənnə və dəyər zənciri ilə bağlı risklərimiz yoxdur - Nazir

   "Məzənnə və dəyər zənciri ilə bağlı risklərimiz yoxdur -    Nazir
  25 Aprel 2022    Oxunub:966
"Azərbaycanda milli valyutanın məzənnəsi və dəyər zəncirinin aşağı düşməsi kimi risklər artıq mövcud deyil. Həyata keçirilən tədbirlər nəticəsində həmin risklərin Azərbaycan iqtisadiyyatına təsirilərinin qarşısı alınıb".
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. "Ölkəmizdəki sənayə parkları, azad iqtisadi zonalar, aidiyyəti dövlət qurumlarının fəaliyyəti, gömrükdə "Yaşıl dəhliz"lər, əmək və vergi qanunvericiliyi sahəsində aparılan uğurlu dəyişikliklər bu gün yalnız yerli sahibkarlar üçün deyil, həm də xarici ölkələrdə bizə marağı artırır. Biz bu istiqamətdə lazımı dəstəyi verməyə hazırıq", - deyə nazir qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti