"İqtisadiyyatın artması sahibkarlığın inkişafı üçün zəmin yaradıb" - Nazir

   "İqtisadiyyatın artması sahibkarlığın inkişafı üçün zəmin yaradıb" -    Nazir
  25 Aprel 2022    Oxunub:780
Son 18 ildə ölkə iqtisadiyyatının 3,4 dəfə, sənayenin 4 dəfə, kənd təsərrüfatı məhsullarının 2 dəfəyə yaxın artması və digər sahələrdə əldə edilən nəticələr sahibkarlığın inkişafı üçün zəmin yaradıb.
AzVision.az xəbər verir ki, bunu "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransında Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bunların əsasında siyasi, makroiqtisadi sabitlik dayanır.

"Dayanıqlı inkişaf trendi nümayiş etdirən Azərbaycanda sahibkarlığın genişlənməsi həyata keçirilən sosial iqtisadi inkişaf strategiyasının daim mərkəzində olub. Ötən illər ərzində bu sahədə sistemli tədbirlər həyata keçirilib. Artıq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi barədə gördüyümüz işlər sahibkarlığın inkişafında mühüm rol oynayır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti