“Toyota” beton lövhəyə çırpıldı, ər və arvad öldü

   “Toyota” beton lövhəyə çırpıldı,   ər və arvad öldü
  23 Aprel 2022    Oxunub:1234
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü km-də, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb.

Nəticədə Bakı sakinləri 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızı dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti