Metroda nasazlıq: Sərnişinlər qatardan düşürüldü

      Metroda nasazlıq:    Sərnişinlər qatardan düşürüldü
  23 Aprel 2022    Oxunub:1057
Metronun “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, metronun “28 May” stansiyasında sərnişinlər qatardan düşürülüb. Xəttə köməkçi qatar verilib və təlimat tələblərinə uyğun olaraq həmin qatardan da sərnişinlər düşürülüb.

Nasaz qatar xətdən çıxarılıb. Nəticədə bu səbəbdən xətdə 12 dəqiqəyə yaxın yubanma yaranıb. Hazırda qatarlar arası interval qorunub saxlanır.


AzVision.az



Teqlər: Metro  





Xəbər lenti