Ukraynada həlak olan azərbaycanlı dəfn edildi

   Ukraynada həlak olan azərbaycanlı dəfn edildi
  23 Aprel 2022    Oxunub:947
Ukraynanın Mariupol şəhərində həlak olan Samux rayonun sakini İlqar Məmmədov dəfn edilib.
AzVision.az -ın məlumatına görə, dəfn mərasimində kənd sakinləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. İlqar Məmmədov Sərkar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa təxliyə edən zaman əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb.

O elə hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub və nəşi çıxarılaraq Azərbaycana gətirilib.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti