Telefonu oğurlanan şəxsi maşınla sürüdülər

Telefonu oğurlanan şəxsi maşınla sürüdülər
  23 Aprel 2022    Oxunub:1179
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, polisə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb. Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti