Avtomobillərin şüşələrini qıraraq oğurluqlar etdi - VİDEO

Avtomobillərin şüşələrini qıraraq oğurluqlar etdi -    VİDEO
  22 Aprel 2022    Oxunub:1199
Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub.

Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2 500 manata yaxın maqnitofon, qızıl-zinət əşyaları, saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib.

Murad Canızadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



AzVision.az



Teqlər: Oğurluq  





Xəbər lenti