Bakıda nişanlısını öldürən polis intihar etdi - YENİLƏNİB

 Bakıda nişanlısını öldürən polis intihar etdi -  YENİLƏNİB
  22 Aprel 2022    Oxunub:1914
Bakıda polisin nişanlısını öldürüb, daha sonra özünün intihar etməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib.
O qeyd edib ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

**13:54**

Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib.

Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib. O bildirib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib. Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Polis   İntihar  





Xəbər lenti