Problemli kreditlər 25% azalıb

Problemli kreditlər 25% azalıb
  22 Aprel 2022    Oxunub:880
Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 685,2 milyon manat təşkil edib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,7% azdır. Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 4,8%, son 1 ildə isə 25,4% azalıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,8 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il martın sonuna isə 6,2% olub.

AzVision.az



Teqlər: Kredit  





Xəbər lenti