Britaniya “Qazprombank”a mayın 31-dək vaxt verib

Britaniya “Qazprombank”a mayın 31-dək vaxt verib
  22 Aprel 2022    Oxunub:927
Böyük Britaniya Xəzinədarlığı sanksiyalara məruz qalan “Qazprombank”a mayın 31-dək əməliyyatlar aparmağa icazə verən ümumi lisenziya verib.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyaları Administrasiyasının yaydığı bəyanatda deyilir. “Lisenziya 21 aprel 2022-ci ildə qüvvəyə minir və 31 may 2022-ci ildə başa çatır. İcazə “Qazprombank” vasitəsilə Rusiya qazının ödənişini həyata keçirən Aİ-yə üzv ölkələrin şirkətlərinin maraqları nəzərə alınmaqla verilib”, - deyə məlumatda bildirilir.

“Qazprombank”a qarşı sanksiyalar martın 24-də tətbiq edilib. Ukraynada hərbi əməliyyat başlayandan sonra Böyük Britaniya 1,2 mindən çox rusiyalı siyasətçi, iş adamı, məmur, jurnalistlər və müəssisələri “qara siyahı”ya salıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Britaniya  





Xəbər lenti