Əllilliyi olan gənclər cəmiyyətə inteqrasiya edilir

Əllilliyi olan gənclər cəmiyyətə inteqrasiya edilir
  20 Aprel 2022    Oxunub:1197
Bu gün Əlilliyi olan şəxslərə Sosial Dəstək İctimai Birliyi “Sosial Medianın idarə edilməsi” adlı layihəsinin təqdimat mərasimini keçirib. AzVision.az xəbər verir ki, tədbirdə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Rəşidə Abdullayeva, Qeyri Hökumət Təşkilatlarının rəhbərləri, Qərbi Kaspi Universitetinin nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Vəfa Bünyatova və digər qonaqlar iştirak ediblər.
"Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva layihə haqqında məlumat verib. O bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilib. Layihə 01 fevral 2022-ci il tarixində başlayıb və 08 aprel 2022-ci il tarixinədək 12 təlim keçilib. Layihəyə əlilliyi olan 10 gənc cəlb olunub. Əsas məqsəd əllilliyi olan gəncləri cəmiyyətə inteqrasiya etmək, sosial mediadan düzgün istifadə etməyin yollarını öyrətmək, əlilliyi olan gənclərin əmək bazarına çıxışını asanlaşdırmaqdir. Layihənin icrası zamanı gənclərə sosial şəbəkələrdən səmərəli istifadə etməyin, “Youtube”, “Instagram”, “Facebook”, “Linkedin”, “Tiktok” və s. saytlar üzərindən öz biznesini qurmağın, öz brendlərini yaratmağın yolları, kontentin hazırlanma qaydası, fikirlərini yazı ilə ifadə edərək müxtəlif mövzulara uyğun paylaşımlar edərək hədəf kütləsini cəlb etməyin yolları və s. öyrədilib. Layihə müddətində gənclər ARB Televiziyasının Media şöbəsində bir günlük təcrübə keçiblər. Layihə gənclərin özgüvəninin artmasına, potensialının üzə çıxmasına səbəb olub. Gənclər yeni biliklər öyrənərək əlavə bacarıqlar əldə ediblər. Bu da əlilliyi olan gənclərin işə qəbul olaraq hər hansı bir şirkətin sosial media hesabını idarə etməsində, özünü inkişaf etdirməsində və sosial media üzərindən öz biznesini quraraq faydalanmasında böyük kömək olacaq. Natiq layihənin gedişatını əks etdirən slayd və videonu təqdim edib.

T.Musayeva onu da bildirib ki, layihə müddətində ictimai birliyin eyni adlı çoxfunksiyalı “sspwd.az” "Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyisaytı yaradılıb. Gənclərə saytın idarə edilməsi, materialların necə seçilərək yüklənməsi göstərilib.T.Musayeva saytın təqdimatını edərək saytın yaradılmasına maliyə yardımı edən Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib. T.Musayeva onu da qeyd edib ki, "Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin saytının yaradılması əlilliyi olan şəxslərin mariflənməsinə, onların bacarıqlarının təşviqinə, məlumatlılığın artmasına xidmət edəcək.

Təqdimatdan sonra Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Rəşidə Abdullayeva, Qeyri Hökumət təşkilatlarının rəhbərləri, Qərbi Kaspi Universitetinin nümayəndələri və layihə iştirakçıları çıxış edərək layihə haqqında xoş sözlər söyləyiblər.



AzVision.az



Teqlər:





Xəbər lenti