Bakıda meyiti tapılan şəxsin kimliyi araşdırılır - FOTO

Bakıda meyiti tapılan şəxsin kimliyi araşdırılır -    FOTO
  20 Aprel 2022    Oxunub:842
Bakıda kişi meyiti aşkarlanıb.
Bu barədə AzVision.az -a DİN-dən məlumat verilib. Xəbərə görə, Xəzər rayonu Mərdəkan qəsəbəsində 55-60 yaşlarında boyu 170 santimetr olan naməlum kişi meyiti tapılıb. İlkin ehtimala görə, mərhum tüfeyli həyat tərzi keçirən şəxs olub.

Aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Bu şəxsi tanıyanlardan, barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə, həmçinin, Nazirliyin "102" Xidməti Zəng Mərkəzinə zəng edərək məlumat vermələri xahiş olunur.



AzVision.az


Teqlər: Meyit  





Xəbər lenti