Ukraynada rusiyameyllilər hökumətin 6 BTR-ni ələ keçirdi - YENİLƏNİB, VİDEO

Ukraynada rusiyameyllilər hökumətin 6 BTR-ni ələ keçirdi - YENİLƏNİB, VİDEO
  16 Aprel 2014    Oxunub:969
Ukraynanın yeni hökuməti Donetsk vilayətinin Kramatorsk şəhərində anti-terror əməliyyatlarını davam etdirir.

Xəbər verdiyimiz kimi Ukrayna hərbi qüvvələrinin tank və BTR-ləri Kramatorsk şəhərinin mərkəzində qərarlaşıblar. Yerli mətbuatın məlumatına görə şəhərdə federallaşma tərəfdarları hökumətin zirehli texnikasını hər tərəfdən mühasirəyə alaraq onların hərəkətini məhdudlaşdırıblar.

Rusiya mətbuatının xəbərinə görə, etirazçıların arasında silahlılar da olub. Məhz həmin silahlıların hökumət qüvvələrinə müqaviməti nəticəsində 6 BTR ələ keçiriblər.



13:30 Ukraynanın BTR və tankları Kramatorska girdilər

Ukrayna hökumətinin ölkənin cənub-şərqində anti-terror əməliyyatları davam edir. Ötən gün Slavyanska qoşun yürüdən hökumət, bu gün Kramatorska növbəti hərbi texnika və canlı qüvvə göndərib.

Şəhərdə rusiyameylli özünümüdafiə dəstələri tankların şəhərin mərkəzinə girməsini önləməyə çalışırlar da buna mane ola bilməyiblər.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlarda DİN-in xüsusi təyinatlıları, “Omeqa” və “Alfa” xüsusi bölmələri iştirak ediblər.

Xatırladaq ki, Kramatorskdakı hərbi aerodrom uğrunda mübarizədə Daxili İşlər Nazirliyi hökumət qüvvələri arasında ölən və ya xəsarət olmadığı bildirsə də, azı 10 hökumət əleyhdarı ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti