Kəlbəcərdə hərbçimiz minaya düşüb

   Kəlbəcərdə  hərbçimiz minaya düşüb
  20 Aprel 2022    Oxunub:1073
Kəlbəcərdə hərbi qulluqçumuz minaya düşüb.
AzVision.az xəbər verir ki, hadisə ötən gün Kəlbəcərin Ağcakənd kəndi istiqamətində baş verib. Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda dislokasiya edilmiş hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Ayxan Camalzadə mühəndis-istehkam fəaliyyəti zamanı minaya düşüb. O, ayaq nahiyəsindən xəsarət alıb və hərbi hospitala aparılıb.

Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci maddəsi cinayət işi başlanıb.


AzVision.az



Teqlər: Kəlbəcər  





Xəbər lenti