Kopiç Emrelini təriflədi
“Emreli bura gələndə əsl formasından uzaq düşsə da, oyundan-oyuna inkişaf edir. O, “Hayduk”la 27-ci tur matçında zədələnmişdi. Getdikcə daha yaxşı olacaq. Mənim üçün xüsusilə müsbət haldır ki, oyunçu problem hiss etsə də, komanda üçün maksimumunu vermək istəyir. Hamımız Emrelinin “Dinamo”ya gələndə hansı formada olduğunu gördük. Onunla yanaşı, bir çox futbolçunu düzgün ritmə qaytarmalı olduq. Mənim üçün ən önəmlisi odur ki, hər kəs klubun uğurları, titulları üçün oynasın və meydanda sonadək mübarizə aparsın”.
Sabah keçiriləcək “Hayduk” – “Dinamo” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Zaqreb təmsilçisinə fevral ayında transfer oluna Mahir Emreli son iki oyunda qol vurmaqla diqqət mərkəzinə düşüb.
AzVision.az
Teqlər: