Binanı təmizləyən fəhlə qumbara tapdı

Binanı təmizləyən fəhlə qumbara tapdı
  19 Aprel 2022    Oxunub:865
Bakının Yasamal rayonu ərazisində qumbara aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu feysbukda bildirib. “Binanın ətrafını təmizləyən fəhlə beli xoşbəxtlikdən qumbaraya toxundurmayıb. Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər “sağlamdır””, - o yazıb.

Xuduoğlu əlavə edib ki, Fövqəladə Hallar Nazirliyinə xəbər verildikdən sonra aidiyyəti qurumun əməkdaşları lazımi tədbirlər görüb.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti