Hindistan şirkətləri Rusiyadan neft alışını artırır

   Hindistan şirkətləri Rusiyadan neft alışını artırır
  19 Aprel 2022    Oxunub:686
Hindistanın dövlət neft emalı müəssisələri Rusiyadan mümkün qədər çox neft almağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə mənbələrə istinadən The Economic Times məlumat yayıb. Qeyd olunub ki, yaxın həftələrdə Hindistan idxalçıları Rusiyadan neft alışında artım gözləyirlər. Ukraynadakı hadisələr və Çində COVID-19-un baş verməsi səbəbindən Hindistan əvvəlkindən daha cəlbedici qiymətə daha çox neft əldə edə bilər. Hindistanlı idxalçılar isə daha əhəmiyyətli endirimlər əldə etmək üçün satınalma strategiyalarını tenderlərdən razılaşdırılmış sövdələşmələrə dəyişmək niyyətindədirlər.

Nəşrin yazdığına görə, fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra Hindistan normal bank kanalları vasitəsilə çatdırılma haqqını dollarla ödəyərək, treyderlərdən və Rusiya şirkətlərindən 15 milyon barel Rusiya nefti alıb.

Bu arada Rusiya və Hindistan Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaları fonunda rubl və rupi ilə ikitərəfli ticarət üçün alternativ əməliyyat platformasının yaradılması imkanını nəzərdən keçirir. Bunun üçün Nyu-Dehli bir sıra əməliyyat sistemləri təklif edib ki, onlardan biri Rusiya tərəfindən seçiləcək.

Hindistan hökuməti Rusiyaya Hindistanın daxili bazarına investisiya qoymağa və borc götürməyə icazə verə bilər. Bu əməliyyatlar RBI-da, SSRİ-nin dağılmasından bəri mövcud olan Rusiya hesabı vasitəsilə həyata keçiriləcək. Yerli valyutaya əsaslanan ticarət mexanizmi Yeni Dehlinin Moskva ilə davamlı ticarətinin açarıdır, çünki Hindistan Rusiyadan müdafiə və nüvə enerjisi də daxil olmaqla bir çox məhsul alır, Hindistan isə Rusiya Federasiyasına əczaçılıq, kənd təsərrüfatı və digər mallar ixrac edir.


AzVision.az




Teqlər: Rusiya   Neft  





Xəbər lenti