52 xarici təşkilat SWIFT-in Rusiya analoquna qoşulub

   52 xarici təşkilat    SWIFT-in Rusiya analoquna qoşulub
  18 Aprel 2022    Oxunub:752
Artıq 52 xarici təşkilat və 12 ölkə Rusiyanın SWIFT-in (Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) analoqu olaraq yaratdığı sistemə qoşulub.
AzVision.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankın sədri Elvira Nabiullina bildirib. "Bizim üçün milli valyutalarda ödənişlərin inkişafı vacibdir. Biz burada da sıfırdan başlamırıq. Artıq bir sıra ölkələrlə belə ikitərəfli layihələrə start vermişik və inkişaf etdirmişik. İndi biz ödənişlər və hesablaşmalarla bağlı vəziyyəti mümkün qədər tez normallaşdırmaq üçün müxtəlif ölkələrdəki tərəfdaşlarla danışıqlar aparırıq”, - deyə o bildirib.

Ukraynaya hərbi müdaxilədən Avropa İttifaqı Rusiyanın yeddi böyük bankını SWIFT sistemindən ayırıb. Onlar “VTB”, “Rossiya”, “Otkritie”, “Novikombank”, “Promsvyazbank”, “Sovcombank” və “VEB.RF” banklarıdır.

Rusiya sanksiyaların sayına görə İran, Suriya, Şimali Koreya, Venesuela, Myanma və Kubanı geridə qoyub. Rusiya faktiki olaraq qlobal maliyyə sistemindən kənarda qalıb. Həm ölkənin həm də ayrı-ayrı yerli şirkətlərin xarici borclanmaya getmək imkanları heçə endirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Bank  





Xəbər lenti