Keçmiş nişanlısı olan xalası qızına 14 bıçaq vurdu

   Keçmiş nişanlısı olan    xalası qızına 14 bıçaq vurdu
  18 Aprel 2022    Oxunub:705
Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.

AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saatlarında ali məktəbin tələbəsi A. Əliyeva universitetə gələrkən bıçaqlanıb.
Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.

Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: Bıçaqlanma  





Xəbər lenti