Bakıda mənzil yanıb

Bakıda mənzil yanıb
  16 Aprel 2022    Oxunub:594
Bakıda yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hadisə şəhərin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olub.

Ümumi sahəsi 90 m² olan mənzilin dəhlizinin döşəməsi və lambirindən ibarət tavanı 8 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti