Kramatorskdakı aerodrom itkisiz nəzarətə alınıb

Kramatorskdakı aerodrom itkisiz nəzarətə alınıb
  16 Aprel 2014    Oxunub:981
“Rusiya yönümlü separatçılar tərəfindən zəbt olunmuş Kramatorskdakı aerodrom bu gün Ukrayna hərbçiləri tərəfindən keçirilmiş antiterror əməliyyat zamanı itkisiz nəzarətə alınıb”.
AzVision.az APA- ya istinadən xəbər verir ki, bu barədə bu gün brifinq zamanı Ukrayna DİN rəhbərinin müavini Stanislav Reçinski bəyan edib.

Reçinski baş tutmuş əməliyyatı Ukrayna hərbçilərinin ilk inamlı qələbəsi adlandırıb.

“Kramatorskdakı aerodrom bu gün Daxili Qoşunların “Omeqa” və Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı antiterror mərkəzlərinin qüvvələri tərəfindən azad olunub. Xüsusi ilə vurğulamaq istərdim ki, bu əməliyyat itkisiz həyata keçirilib”, deyə nazir müavini vurğulayıb.

O qeyd edib ki, əməliyyatın əsas məqsədi hərbçilər və separatçılar arasında itkiyə yol verməmək olub.

“Əsir götürülmüş separatçılar var, onların sayı barədə hələlik məlumat yoxdur”, deyə o əlavə edib. Onun sözlərinə görə, Ukraynanın şərqində ələ keçirilmiş şəhərlər tam azad olunanadək antiterror əməliyyatı davam etdiriləcək.


Teqlər:





Xəbər lenti