Bir gecədə iki maşın yandı

Bir gecədə iki maşın yandı
  14 Aprel 2022    Oxunub:863
Xaçmaz şəhərində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda Biləsuvar rayonunda (Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolunun 45-ci kilometrliyi) "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti