99 cinayətin üstü “isti izlər”lə açılıb

99 cinayətin üstü “isti izlər”lə açılıb
  13 Aprel 2022    Oxunub:932
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 99 cinayətin üstü “isti izlər”lə açılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

AzVision.az



Teqlər: Cinayət  





Xəbər lenti