OPEC-in baş katibi: “Rusiya neftini əvəz etmək mümkün deyil”

      OPEC-in baş katibi:    “Rusiya neftini əvəz etmək mümkün deyil”
  11 Aprel 2022    Oxunub:1300
OPEK-in baş katibi Məhəmməd Barkindo hesab edir ki, Rusiyadan Avropa İttifaqına neft ixracını əvəz etmək demək olar ki, mümkün deyil. Bu barədə AzVision.az “Bloomberg”ə istinadən xəbər verir. O, Aİ-OPEK enerji dialoqunda çıxışında bildirib ki, sanksiyalara görə dünya Rusiya neftinin ixracatında gündəlik 7 milyon barelə qədər itki ilə üzləşə bilər.
“Bu miqyasda itkini kompensasiya etmək demək olar ki, qeyri-mümkün olardı”.

Daha əvvəl Avropa Komissiyası (AK) rəhbərinin müavini, Litvanın xarici işlər naziri Valdis Dombrovskis bildirmişdi ki, AK Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketi üzərində işə başlayıb, o, Aİ-nin Rusiya neftinin tədarükünə embarqo ilə bağlı müddəaları özündə əks etdirəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: OPEC  





Xəbər lenti