Bakı Dərin Özüllər Zavodunda qəza oldu - Video

   Bakı Dərin Özüllər Zavodunda qəza oldu -  Video
  10 Aprel 2022    Oxunub:1268
Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qoymuş və nəticədə barja yanalma körpüsünə toxunub.
"BOS Shelf"dən AzVision.az -a verilən məlumata görə, əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilmiş və digər zəruri tədbirlər həyata keçirilib. Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur. Dayaq blokunun yerdəyişmə işləri bərpa olunaraq aprelin 10-da gün ərzində adi qaydada icra olunur.



AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti