Rusiya gimnastları 2024-cü il Olimpiadasında iştirak etməyə bilər
“Avqustda Münhendə keçiriləcək Avropa Çempionatında iştirak etmək imkanımız olmasa, hadisələrin sonrakı inkişafı zamanı biz avtomatik olaraq payızda Liverpulda keçiriləcək dünya çempionatına başlamaq hüququnu itirəcəyik. Və Liverpulda ilk Olimpiya lisenziyaları oynanılacaq. Biz yalnız bir ay əvvəl mənə dünya çempionatlarını və Olimpiya oyunlarını rusiyalı idmançılarsız təsəvvür edə bilməyəcəyini deyən Morinari Vatanabeyə ümid edə bilərik”, - deyə o, qeyd edib.
Avqustda Münhendə keçiriləcək Avropa çempionatı oktyabrın 29-dan noyabrın 6-dək Liverpulda keçiriləcək dünya çempionatının seçmə turniridir. 2022-ci ildə kişilər və qadınlar arasında Dünya Çempionatının Komanda Turnirində medal qazanan komandalar Parisdə keçiriləcək Olimpiya Oyunlarında təmsil olunmaq hüququ qazanacaqlar.
AzVision.az