Sumqayıtda qardaş bacısını güllələdi

 Sumqayıtda qardaş bacısını güllələdi
  08 Aprel 2022    Oxunub:909
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aprelin 7-də Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadənin evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəbabazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti