“Intel” Rusiyadakı fəaliyyətini dayandırdı

   “Intel” Rusiyadakı fəaliyyətini dayandırdı
  06 Aprel 2022    Oxunub:1259
Dünyanın ən böyük kompüter komponentləri və elektron cihazları istehsalçılarından biri olan Amerikanın Intel şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır. Bu barədə AzVision.az şirkətin bəyanatına istinadən xəbər verir.
“Biz dərhal Rusiyadakı bütün biznes əməliyyatlarımızı dayandırdıq”, - şirkət öz saytında bildirib. Açıqlamaya görə, Intel Rusiyadakı 1,2 min nəfər də daxil olmaqla işçilərini dəstəkləmək üçün çalışır.

Martın əvvəlində Amerikanın Intel şirkəti Ukrayna ətrafındakı vəziyyət fonunda Rusiya və Belarusdakı müştərilərinə məhsulların tədarükünü dayandırdığını bildirib.
Amerika korporasiyası Intel Corp. 1968-ci ildə təsis edilib. Mikroprosessorlar da daxil olmaqla geniş çeşiddə elektron cihazları və kompüter komponentləri istehsal edir. Dekabrın 28-nə şirkətin işçi heyəti 121,1 min nəfər olub. 2021-ci ilin sonunda Intel-in xalis mənfəəti 5% azalaraq 19,9 milyard dollar təşkil edib. Gəlir eyni zamanda 1% artaraq 79 milyard dollara çatıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: İntel  





Xəbər lenti