Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  04 Aprel 2022    Oxunub:548
Bakıda yaşayış binasında yanğın olub.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Xəbərə görə, Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Mənzil yanğından mühafizə olunub.

AzVision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti