Millimiz Avropa çempionatında növbəti medalını qazandı

Millimiz Avropa çempionatında növbəti medalını qazandı
  03 Aprel 2022    Oxunub:940
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanda keçirilən Avropa çempionatında növbəti medalını qazanıb.
AzVision.az xəbər verir ki, çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov səkkizdəbir finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. H.Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernateki 5:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Təmsilçimiz finalın bir addımlığında türkiyəli Murat Firara məğlub olub - 0:2. H.Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşib. Görüşdən 8:1 hesablı qələbə ilə ayrılan güləşçimiz Avropa çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıblar.

Sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala yiyələnib.

AzVision.az


Teqlər:





Xəbər lenti