Avropa çempionatında erməni idmançıdan təxribat

   Avropa çempionatında erməni idmançıdan təxribat
  01 Aprel 2022    Oxunub:766
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovla Ermənistan təmsilçisi Hraçya Poqosyan arasında insident baş verib.
AzVision.az -a Güləş Federasiyasından verilən məlumata görə, məğlubiyyəti həmz edə bilməyən erməni idmançı Məmmədovun sifətinə zərbə endirərək onu itələyib.

Azərbaycan güləşçisi rəqibinin üzərinə yerisə də, görüşü idarə edən hakim insidentin böyüməsinə imkan verməyib. Qələbəni çılğın şəkildə qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti