3 güləşçimiz Avropa çempionatının finalında uduzdu

3 güləşçimiz Avropa çempionatının finalında uduzdu
  29 Mart 2022    Oxunub:1062
Macarıstanda keçirilən güləş üzrə Avropa çempionatı davam edir. AzVision.az xəbər verir ki, bu gün sərbəst güləş yarışlarında ilk final görüşləri keçirilir.
Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Budapeştdə keçirilən çempionatda qızıl medal qazanıb. 97 kq-da çıxış edən idmançı finalda macarıstanlı Vladislav Baytsayevlə qarşılaşıb.

İlk dəqiqələrdən təşəbbüsü ələ alan Məhəmmədov 11:5 hesabı ilə qələbə qazanaraq Avropa çempionu olub.

3 qat Avropa çempionu Hacı Əliyev 4-cü dəfə bu adı qazanmaq üçün yarışsa da o, macarıstanlı rəqibinə uduzaraq gümüş medal qazanıb. Əşrəf Aşırov da Avropa çempionatını gümüş medalla başa vurub.

Eləcə də Əliabbas Rzazadə (57 kq) Avropa çempionatının finalında Vladimir Yeqorova (Şimali Makedoniya) 6:8 hesabıyla məğlub olub və Avropa çempionatını gümüş medalla başa vurub.
AzVision.az



Teqlər:





Xəbər lenti